Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurub.
“Krılya Sovetov”un futbolçusu 16-cı turundan təxirə salınmış oyunda səfərdə “Orenburq”a 1:3 hesabı ilə uduzduqları matçda komandasının yeganə qolununu müəllifi olub. O, 12-ci dəqiqədə penaltidən fərqlənib.
Start heyətdə meydana daxil olan 23 yaşlı oyunçu 82-ci dəqiqədə əvəzlənib.
“Krılya Sovetov” hazırda 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.