Qarışıq döyüş növləri (MMA) üzrə idmançı Konor Makqreqor karyerasını bərpa edib.
31 yaşlı irlandiyalı döyüşçü bu barədə Tvitter hesabında yazıb. 9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib.
Makqreqor sonuncu dəfə ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.