Topaz Premyer Liqada 23-cü turun rəmzi komandası açıqlanıb.
İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, “InStat” şirkətinin təhlilinə əsasən, ən yaxşı 11-likdə “Qarabağ”dan 5, “Neftçi”dən 3, “Qəbələ”, “Sabah” və “Sumqayıt”dan 1 futbolçu yer alıb.
Qapıçı: Vaqner da Silva (“Qarabağ”)-2
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-5, Kiril Petrov (“Neftçi”)-6, Filip İvanoviç (“Sabah”)-2, Amin Seydiyev (“Qəbələ”)-2
Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-5, Qoran Paratski (“Neftçi”)-2, Markos Madera (“Qarabağ”)-4, Dani Kintana (“Qarabağ”)-7
Hücumçular: Mahir Mədətov (“Qarabağ”)-6, Peyman Babayi (Sumqayıt)
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.