Almaniyanın III Bundesliqasında 33-cü turun oyunları keçirilir.
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə “Münhen 1860” klubuna 1:0 hesabı ilə qalib gəlib.
Dadaşov oyuna start heyətdə başlayıb və sonadək oynayıb. “Proyssen”in qələbə qolunu 30-cu dəqiqədə Rüfət vurub. Milli üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Münster təmsilçisi 45 xalla turnir cədvəlində 6-cıdır.
Rüfət Dadaşov cari mövsüm çempionatda 8 qol vurub.