Bu gün Azərbaycan millisinin qapıçısı Emil Balayevin doğum günüdür.
Bu münasibətlə Qazaxıstan klubu rəsmi feysbuk səhifəsi vasitəsilə həmyerlimizdən maraqlı müsahibə götürüb:
Uşaqlığı haqda –Həmişə küçədə uşaqlarla futbol oynayırdım. Evdə mən cəzanın gözldəyini bilsəm də, yenə də gec gəlirdim. Futbol olan sevgimi görən babam məni seksiyaya yazdırdı. O, özü də futbolu çox sevirdi və “Neftçi” azarkeşi idi.
Pul haqda – Pul həlledici faktor deyil. Karyeramda bir neçə dəfə olub ki, yüksək məbləğdən imtina etmişəm. Bunu inkişafım və daha da irəli getməyim üçün etmişəm.
Qazaxıstandakı ilk oyunu haqda – Yadımdadı, oyundan əvvəl meydanı qol buraxmadan tərk etməyi çox istəyirdim. Çünki bu, Qazaxıstan çempionatında debüt matçım idi. Final fitindən sonra çox şad idim. Çünki debüt istədiyim kimi alınmışdı.
İnancları haqda – Həmişə Allahdan mənə hər şeydə kömək olmağı diləyirəm. Çünki hesab edirəm ki, nail olduğum hər şeyi yalmız Onun köməyi ilə qazanmışam.
Həyat qanunu haqda – Məhəmməd Peyğəmbərin dediyi kimi, özünüzə arzu etdiyinizi insanlara edin. Heç kimə özünüzə arzu etmədiyinizi etməyin. Bu qaydaya əməl etməyə çalışıram.
Karyerası haqda – Xoşbəxtəm və nail olduğum uğurlarda mənə kömək edən Allaha şükür edirəm. Daha çox uğur qazanmağa çalışacam. İllər sonra geriyə baxanda nələrdən keçdiyimi görüb, xoş anları xatırlamaq istəyirəm.