“Atletiko” iki futbolçusu ilə yayda yolları ayırmağı hazırlaşır.
Madrid klubu Filipe Luis və Dieqo Qodinlə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür.
“Atletiko”nun siyasətinə əsasən, klub yaşı 30-dan yuxarı olan futbolçularla müqavilənin müddətini maksimum 1 il uzada bilər. Ancaq F.Luis və D.Qodin daha uzunmüddətli sözləşmə təklifi istəyirlər.
Hazırda 33 yaşı olan hər iki oyunçu bu mövsümün sonu azad agent olacaq.