Ötən gün “Səbail”i məğlub edərək ardıcıl 6-cı dəfə ölkə çempionu adını qazanan “Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
İdmanxeber.az-ın məlumatına görə, I mərhələdən mübarizəyə qoşulacaq “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirindəki 7 potensial rəqibi müəyyənləşib.
“Səpələnmişlər” səbətində qərarlaşan Ağdam klubunun potensial rəqibləri aşağıdakılardı:
“Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Valur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.
Səxavət Qurbanov