Topaz Premyer Liqasının daha bir klubu maliyyə hesabatını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.
Bildirilib ki, çempionatda sonuncu yeri tutan bakılıların ötən il ərzində gəlirləri 5 milyon 271 min 800 manat, xərcləri isə 5 milyon 739 min 900 manat təşkil edib.