23 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri: Daha 4-ü bilindi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha 4 potensial rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlunatına görə, Bosniyanın “Sarayevo”, Polşanın “Pyast”, Monteneqronun “Sutyesko” və Maltanın “Valetta” klublarının artıq səpələnməmişlər arasında olacağı dəqiqləşib.

Bu isə o deməkdir ki, adıçəkilən klublardan hər hansı biri “Qarabağ”a rəqib ola bilər.

Artıq Ağdam təmsilçisinin 16 potensial rəqibindən 13-ü məlumdur.

Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç).

Səpələnməmişlər: “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).

Qeyri-müəyyənlər: “Suduva” (Litva), Bolqarıstan çempionu, Ermənistan çempionu, ilkin mərhələnin qalibi.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43