Azərbaycanlı FİFA referisi Rauf Cabarov UEFA-dan növbəti təyinat alıb.
İdmanxeber.az xəbər verir ki, ona UEFA Gənclər Liqasının oyunu tapşırılıb.
Cabarov noyabrın 6-da Moskvada keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyunu idarə edəcək. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.