17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki oyunlarında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabı ilə uduzub.
19 noyabr
16:00. Azərbaycan – Qazaxıstan