“Keşlə”nin legioneri Sezar Meza Kolli onun milliləşdiriləcəyi ilə bağlı AFFA-nın bu gün yaydığı açıqlamayla bağlı fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi Azərbaycan millisində çıxış etməyə hazır olduğunu deyib:
“Həmişə demişəm ki, Azərbaycan mənim ikinci vətənim kimidir. Azərbaycan pasportu alacağıma görə sevinirəm. Bu, mənim üçün yaxşı xəbərdir. Çalışacağam ki, dəvət alacağım təqdirdə Azərbaycan millisinə maksimum dərəcədə xeyirli olum” (azerisport).