“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, A Seriyası nəhəngi “Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonalini transfer edib. 20 yaşlı futbolçu satınalma şərti ilə icarəyə götürülüb.
“Milan” bir illik icarəyə görə “Breşiya”ya 10 milyon avro ödəyəcək. Tonalinin birdəfəlik transfer üçün də əlavə 10 milyon avro nəzərdə tutulub. Futbolçunun özü ilə 1+4 illik müqavilə imzalanıb. Sandro yeni komandasında “8” nömrəli formanı geyinəcək.
“Breşiya”nın öz yetirməsi olan Tonali artıq İtaliya yığmasına da dəvət alır.