“Zirə” futbolçusu Rəşad Eyyubovla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Qartallar” Eyyubovu cari mövümün əvvəlində heyətinə qatmışdı.
“Zirə” bir neçə gün əvvəl braziliyalı hücumçusu Kayo Rangel da Silva ilə də yollarını ayırmışdı.