İspaniyanın “Marca” nəşri tərəfindən mövsümün ən yaxşı bombardirinə verilən mükafat – Piçiçi kubokunun budəfəki qalibi Messi olub.
İdmanxeber.az-ın məlumatına görə, Messi bu mükafata 7-ci dəfə layiq görülüb.
33 yaşlı yunçu 2010, 2012, 2013, 2017, 2018 və 2019-cu illərdə bu mükafatı alıb.
Qeyd edək ki, Messi ötən mövsüm La Liqada 25 qol vuraraq ən yaxşı bombardir olub. O, bu mövsüm isə 13 oyunda 6 dəfə fərqlənib.