“Neftçi” Bolqarıstanın MOİK (Sofiya) klubundan icarəyə götürdüyü futbolçu Əhməd Əhmədovu təqdim edib.
Paytaxt klubu 25 hücumçunun keçidi ilə bağlı video paylaşıb. Bolqarıstanlı futbolçu “ağ-qaralar”ın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, “Neftçi” türk əsilli futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.