Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilib.
Millimizin byarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tuzlaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Araz da bu görüşün iştirakçısı olub. O, matçın 86-cı dəqiqəsində meydana buraxılıb.
22 oyundan sonra hesabında 22 xalı olan “Boluspor” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.