Azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” Ukrayna Premyer Liqasının 16-cı turunda doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
İdmanxeber.az-ın məlumatına görə, hər iki futbolçular görüşün iştirakçısı olublar. A. Nuriyev start heyətində meydana çıxıb və komandasının hər iki qolunun müəllifi olub Kapitan 13 və 45+1-ci dəqiqələrdə penaltidən fərqlənib. Ancaq o, 18 və 85-ci dəqiqədə sarı vərəqələr alaraq meydandan qovulub. Rüstəm isə 68-ci dəqiqədə meydana daxil olub və 90+2-ci dəqiqədə əvəzlənib.
“Minay” 16 turdan sonra 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.