Millimizin üzvü Mahir Emreli yeni klubu “Legiya”da qol hesabını açıb.
İdmanxeber.az-in məlumatına görə, hücumçumuz Avstriyanın 3-cü liqa təmsilçisi “Bisşofşofen” klubu ilə keçirilən yoxlama matçında start heyətində meydana daxil olub və görüşün 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.
Hazırda oyun davam edir və “Legiya” 4:0 hesabı ilə qalib gəlir.