27 Dekabr 2024
Dünya futbolu Kateqoriyasız

Çempionlar Liqası: “Legiya” Norveç səfərində – Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında yeni mövsümün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

İlk oyun günündə yeddi qarşılaşma keçirilib. Macarıstanın “Ferentsvaroş” komandası Kosovo təmsilçisi “Priştina”nı qəbul edib və darmadağına sevinib. Rumıniyanın ÇFR komandası isə Bosniya və Herseqovina “Borats”ı ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” ilk oyununa bu gün çıxacaq. “Ağ-qaralar” Gürcüstan səfərində Tbilisi “Dinamo”su ilə qarşılaşacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da ilk matçını bu gün keçirəcək. Polşa təmsilçisi səfərdə Norveçin “Bude-Qlimt” komandasının qonağı olacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

6 iyul

Ferentsvaroş (Macarıstan) – Priştina (Kosovo) 3:0

Flora (Estoniya) – Hamrun Spartans (Malta) 2:0

HİK (Finlandiya) – Buduçnost (Monteneqro) 3:1

ÇFR (Rumıniya) – Borats (Bosniya və Herseqovina) 3:1


Jalgiris (Vilnüs, Litva) – Linfild (Şimali İrlandiya) 3:1


Fola (Lüksemburq) – Linkoln (Cəbəllütariq) 2:2

Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya) 0:1

7 iyul

20:00 Dinamo (Tbilisi, Gürcüstan) – Neftçi (Azərbaycan)
20:00 Bude-Qlimt (Norveç) – Legiya (Polşa)
20:30 Slovan (Slovakiya) – Şemrok Rovers (İrlandiya)
21:00 Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya)
21:00 Ludoqorets (Bolqarıstan) – Şaxtyor (Belarus)
21:00 Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan)
21:00 Malmö (İsveç) – Riqa (Latviya)
21:00 Teuta (Albaniya) – Şerif (Moldova)
22:00 Konnah (Uels) – Alaşkert (Ermənistan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43