27 Dekabr 2024
İdman

TOKİO-2020: Cüdoçularımızdan uğursuz start

Azərbaycan cüdoçuları Tokio-2020-yə uğursuz start veriblər.

60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov 1/16 finalda Böyük Britaniyadan olan Eşli Makkenziyə vazari ilə qalib gəlsə də, növbəti mərhələdə uduzub. O, 1/8 finalda Gürcüstan cüdoçusu, dünya çempionu Lukum Tsxvimianiyə ipponla məğlub olaraq mübarizəni erkən başa vurmalı olub.

Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzub.

Hər iki idmançımız üçün ilk Olimpiya Oyunları olub.

Azərbaycanı Tokio-2020-də 9 cüdoçu təmsil edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43