Hazırda davam edən AEL – “Qarabağ” matçının son dəqiqələrində gərgin anlar yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, Limassol klubunun azarkeşləri “Qarabağ” hesabı bərabərləşdirdikdən sonra Ağdam təmsilçisinin texniki zonasına tərəf hücum çəkəkər, təhqirlər yağdırıb. Bu məqam isə Qurban Qurbanovu özündən çıxarıb. Nəticədə tərəflər arasında gərgin anlar yaşanıb.
Görüşü idarə edən isveçli hakim qarşılaşmanı yarımçıq dayandırılıb.