Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020-də mübarizəni başa vurub.
Qrupda ilk döyüşünü almaniyalı Noa Bitşə qarşı keçirən idmançımız 2:1 hesablı qələbə qazanb.
Rafael ikinci görüşünü Çuneari Yahiroya qarşı keçirib. Ağayev avstraliyalı rəqibini də 5:0 məğlub edib.
İdmançımız üçüncü döyüşünü Nurkanat Ajiqanovla keçirib. Rafael qazaxıstanlı rəqibinə 3:2 hesabı ilə qalib gələrək, son görüşün nəticəsindən asılı olmayaraq yarımfinala yüksəlib.
Ağayev qrupda sonuncu döyüşünü Luici Buzaya qarşı keçirib. O, italiyalı rəqibinə 1:3 hesabı ilə məğlub olub. Bununla da, Rafael qrup 2-cisi kimi yarımfinala çıxıb.
Yarımfinalda macarıstanlı Qabor Harspataki ilə üz-üzə gələn idmançımız rəqibinə 7:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Onun rəqibi qrupda da üz-üzə gəldiyi Luici Buza olub. 0:1 hesabı ilə uduzan Rafael gümüş medalla kifayətlənib.