27 Dekabr 2024
Kateqoriyasız

“Hakim səhvlərindən bezmişəm” – Rəşad Sadıqov

Premyer Liqanın ikinci turu çərçivəsində “Neftçi” “Zirə”nin qonağı olub və qələbə qazanıb – 2:1.

İdmanxeber.az-ın məlumatına görə, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov görüşdən sonra mətbuat konfransında bunları deyib:

– Bizim üçün oyun pis getmirdi. Öz imkanlarımızı gözləyirdik. Əsl hücumda qol buraxdıq.

– “Neftçi”nin yarımmüdafiə xətti ikinci heyət oyunçuları idi. Orta sahədə oyuna nəzarət edə bilməməyiniz nə ilə bağlıdı?

– Bizim də orta xətt də oynayan iki oyunçumuz bu oyunu buraxırdı. Biri “Qarabağ”la oyunda zədələndi, digəri məşqdə.

– İki turdan sonra “Zirə”nin haqqının yeyildiyi ilə.bagli sosial şəbəkələrdə müzakirələr gedir. Siz bu haqda nə deyərdiniz?

Cavan məşqçiyəm. Bu qısa zamanda hakim səhvlərindən bezmişəm. Baxırsan futbolçular əziyyət çəkir, ancaq hakimlər əziyyətimizi yerə vururlar. Silsilə hakim səhvləri nə ilə bağlıdı bilmirəm.

– Ötən mövsüm parlaq Cəlal Hüseynovu görürdük. İndi sanki “itib”. Bu, ilk turlarda güclü rəqiblərlə üzləşməyinizlə bağlıdı, yoxsa geriləyib?

– Püşkatmadan somra oyun planımızda dəyişiklik oldu. Tam fərqli hazırlaşırdıq. İlk turlarda favorit komandalarla düşməyimiz təsir etdi. Onlar daha uzun müddət hazırlaşa bilmişdilər. Bunları nəzərə alıb dəyişikliklərə getdik. Cəlal perspektivli oyunçudu. Bəzi məqamları düzəltməlidi. Mən həssas, hər şeyə diqqət edən insanam. Hansı istəklə məşq edirdisə, elə də davam etməlidi.

– Qış fasiləsindən sonra VAR sistemi tətbiq olunacaq. O zaman bu səhvlərin aradan qalxacağına inanırsız?
– Bilmirəm. Çünki şərh edəndə elə sözlər deyilir ki, VAR-a baxanda da belə danışa bilərlər. Mübahisəli epizodlara müxtəlif cür şərh vermək olar. Azərbaycan futbolunda iki eyni epizod göstərərəm, birində penalti verilib, digərində yox. VAR yaranandan sonra nə baş verəcəyini zaman göstərəcək. Oturub VAR-ı gözləmək də düzgün deyil. Ona qədər ziyanımıza qərarlar olmalıdı? Bununla qəti razı deyiləm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43