27 Dekabr 2024
Kateqoriyasız

İrlandiya – Azərbaycan oyununun hakimləri açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək İrlandiya – Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Jerom Brisard idarə edəcək. Ona  Benjamin Peyc və Kristof Fincin kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lesaj yerinə yetirəcək.

VAR hakimi isə qadın referi Stefani Frappar olacaq.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 18:00-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43