“Səbail” Futbol Akademiyasında çalışan məşqçilər və texniki işçilər bir neçə müddətdi ki, maaş üzünə həsrətdi.
İdmanxeber.az-a daxil olan məlumata görə, AFFA-nın kurasiyasında olan komandada durum acınacaqlıdı. Dörd aydan çoxdur ki, texniki işçilər və məşqçilər maaşını ala bilmir.
“Səbail” mövcud durumla bağlı məşqçilərə və texniki işçilərə boş-boş vədlər verərək günü günə satır.
Hətta klubda aşağı yaş qruplarından ibarət komandalarda forma problemi belə yaşanır.