Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində 6-cı turunun oyunlarından sonra ən çox seyv edən qapıçılar sırasında ilk yerlərdə qərarlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, qolkiper 5 matçda 31 seyv edib. Bu göstərici ilə 27 yaşlı qapıçı 3-cü yerdə qərarlaşıb.
İlk pillədə San Marinodan Elia Benedettinidir. O, 31 qurtarış edib. Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 seyvlə ikinci sıradadır.