Premyer Liqanın ilk iki turundan sonra turnir cədvəlinə lidelrik edən “Sumqayıt” hücumçu axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Ayxan Abbasov mütləq şəkildə bir hücumçunun alınması yönündə tələbini rəhbərliyə bildirib. Klub forvard axtarışlarını davam etdirir və yaxın zamanda “gənclik şəhəri” təmsilçisinin heyətində yeni legioner hücumçu görə biləcəyik.
Qeyd edək ki, “Sumqayıt”ın heyətində hazırda cəmi iki hücumçu var.