“Bursaspor” yenicə transfer etdiyi azərbaycanlı futbolçu Ufuk Budaqla yolları ayırıb.
İdmanxeber.az-ın məlumatıəna görə, millimizin sabiq üzvü 26 gün öncə Bursa təmsilçisinə transfer olunmuşdu. Burada cəmi 1 oyuna çıxan futbolçu “ağ-yaşıllar”a lazım olmayıb.
31 yaşlı yarımmüdafiəçi Türkiyə birinci liqasının digər təmsilçisi “Büyükşehir Belediye Erzurumspor”a keçib.