Polşada çempionata yayda cəlb edilən ən perspektivli transferlər haqda qeyd edilib.
“Sport Wprost”da azərbaycanlı futbolçu Mahir Emreli 2-ci potensiallı oyunçu kimi qeyd edilib.
Polyaklar Emreli barədə bu cür yazıb: “Ötən mövsüm 22 çempionat oyunda 18 qol vuran birini dəvət edirsinizsə, ona böyük ümidlər bəsləməlisiniz. Həmin futbolçu bunu Azərbaycan Premyer Liqasında etsə belə. Hələ ki, Emreli Ekstraklass-da parlamayıb. Çünki o, 3 oyunun heç birində qol vura bilməyib. Ancaq digər yarışlarda o “Legiya”nı çiyinlərində aparır. “Slaviya” ilə görüşlərdəki 3 qolu sayəsində Çeslav Mixneviçin futbolçularını Avropa Liqasının qrup mərhələsində görəcəyik.
Mahir cəld, sürətli, çevikdi. Zərbə vurmaq epizodlarında artıq heç nə etmir. Bir sözlə, “Legiya”da uğur qazanması üçün Mahir hər şeyə sahibdi. Azərbaycanlı Varşavanın onun üçün daha güclü çempionata yollanması üçün dayanacaq olduğunu gizlətmir”.