19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabırın 1-də Qəbələ şəhərində təlim məşq toplanışına başlayacaq.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 12 gün davam edəcək hazırlıq prosesi müddətində iki yoldaşlıq oyunu nəzərdə tutulub.
Rəqib Qırğızıstandan olan həmyaşıdlar olacaq. Görüşlər oktyabrın 8-də və 11-də olacaq.