“Oynayıb məğlub olmaq başadüşülən deyil. Bir də hakimliklə bağlı deyim. İlk turda da, indi də Rəşad Əhmədovun sanki “Sabah”la qərəzi var. Belə hakimlər futbolu “öldürür”. Bugünkü hakimlik… Bizim penaltimizi vermədi. İndi də vermədisə nə vaxt verəcək?”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Ramin Quliyev “Keşlə” ilə oyundan sonra deyib.
O, məğlubiyyəti şərh edərkən sözlərinə belə davam edib:
“Bizə qarşı qərəzlilik var. Bir dəfə də bizim xeyrimizə qərar versinlər də…”