29 Dekabr 2024
Kateqoriyasız

Mahir Emreli: “Qəzəbliyəm”

Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli Ekstraklasanın 10-cu turunda “Lexiya”ya uduzduqları oyunu şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçu, 1:3 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“Polşa çempionatda mübarizə aparmaq çətindir. Burda hər şey var. Mübarizə aparmadan nəsə etmək çətindir. Bütün komandalar yaxşı müdafiə olunur, yaxşı da hücuma çıxırlar. Qələbə qazanmaq çox çətindir.

Məğlubiyyətin səbəbini bilmirəm. Həqiqətən, çətindir. Məyus və qəzəbliyəm. Oturub oyunu təhlil etməli, səhvlərimizə baxmalı və çalışmalıyıq. Başqa nə deyə bilərəm ki?

Polşa çempionatını qazanmaq çox çətin olacaq. Dediyim kimi, liqanın səviyyəsi yüksəkdir və hər oyun çətin olur.

Hər şeydən əvvəl onu demək istəyirəm ki, fərdi mükafatlar haqda düşünmürəm. Tək düşüncəm çempion olmaqdır. Bombardir olsam, xoşbəxt olaram. Amma çempion ola bilməyəcəyiksə, bombardir olmağın elə də əhəmiyyəti yoxdur”.

Mahir “Legiya” ilə 18 oyunda 10 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43