“Mərhələnin son oyunu idi. İstəyirdik qələbə qazanıb xalqımızı sevindirək. Lakin azlıqda qaldıq və təəssüf ki, məğlub olduq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millinin futbolçusu Azər Salahlı Lüksemburqa məğlub olduqları matçdan sonra deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“İlk hissədən sonra baş məşqçi bizə dedi ki, kompakt oynayıb, əks hücumlara cixaq. Yaxşı mübarizə apardıq. Lakin təəssüf ki, sonda məğlub olduq”.