Gənclər və idman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov vəzifəsindən azad edilib.
İdmanxeber.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Nazirin digər əmri ilə F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.