27 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin əvəzolunmazları

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk hissəsi başa çatıb.

İdmanxeber.az xəbər verir ki, “Qəbələ” mövsümün arxada qalan ilk iki dövrəsində 14 matça çıxıb.

Baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. Altı oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Ürfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur. Onlardan ikisi – İsniklə Nicat bu görüşləri əvəzolunmadan keçirib. Bu cütlük 1260 dəqiqə meydanda olub. 19 futbolçudan 13-ü matçların yarıdan çoxunda – ən azı 8 qarşılaşmada iştirak edib.

Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ülvi İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.

İsnik Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. Alimi qollarından ikisini penaltidən vurub. Rövlan Muradovla Yaovi Akakponun hərəsinin 2 qolu var. 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.

İsnik Alimi – 14 oyun, 1260 dəqiqə (4 qol)

Nicat Mehbalıyev – 14 oyun, 1260 dəqiqə (-14 qol)

Ruan Renato – 14 oyun, 1259 dəqiqə (1 qol)

Ürfan Abbasov – 14 oyun, 1207 dəqiqə (1 qol)

Rövlan Muradov – 14 oyun, 951 dəqiqə (2 qol)

Ülvi İsgəndərov – 14 oyun, 498 dəqiqə (5 qol)

Məqsəd İsayev – 13 oyun, 1170 dəqiqə (1 qol)

Murad Musayev – 13 oyun, 1170 dəqiqə

Rafael Utziq – 13 oyun, 1157 dəqiqə (4 qol)

Asif Məmmədov – 12 oyun, 992 dəqiqə (1 qol)

Stefan Vukçeviç – 12 oyun, 945 dəqiqə
Omar Hani – 11 oyun, 696 dəqiqə

Ehtiram Şahverdiyev – 8 oyun, 160 dəqiqə (1 qol)

Fernan Lopes – 7 oyun, 393 dəqiqə

Emil Səfərov – 6 oyun, 58 dəqiqə (1 qol)

Yaovi Akakpo – 4 oyun, 306 dəqiqə (2 qol)
Kamal Mirzəyev – 4 oyun, 33 dəqiqə

Rüfət Əhmədov – 2 oyun, 177 dəqiqə

Hüseyn Mürsəlov – 2 oyun, 143 dəqiqə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43