Polşa “Legiya”sı Mahir Emreliyə maraq göstərən klublardan bu transfer üçün 2.5 milyon avro tələb edir..
İdmanxeber.az-ın məlumatına görə, Xorvatiyanın “Dinamo”, Türkiyənin “Başakşəhər” və “Sivasspor” klubları Mahir üçün Varşava klubu ilə danışıqlar aparsa da, sonluq müsbət yekunlaşmayıb.
“Legiya”nın avtobusuna məlum hücum zamanı təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək polşalılarla vidalaşmağı hədəfləyən Emrelinin davranışı qarşı tərəfin prinsipial mövqe tutmasının şərtləndirib.
Mahir hazırda Bakıda məşq edir və gedişatı gözləyir.