23 Dekabr 2024
Kateqoriyasız

Elxan Məmmədov: “Heç kimin xətrinə dəymək istəmirəm, ancaq…”

“Konfransda 35 nümayəndənin 31-i iştirak edir. Bu, konfransın keçirilməsi üçün yetərsaydır. Ötən il koronavirus pandemiyasına görə videoformatda keçirildi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Koronavirusa yoluxmaya baxmayaraq, çempionat davam etdi, milli komandamız rəsmi oyunlar keçirdi. Əfsuslar olsun ki, millinin Avropa çempionatındakı oyunları ürəkaçan olmadı. Futzal yığmamız Avropa çempionatının final mərhələsinə yüksəlsə də, qrupda qaldı. Klublarımız da avrokuboklarda çıxış edir. “Qarabağ” Konfrans Liqasında iki həftə sonra oyuna çıxacaq.

4 il əvvəl Azərbaycanda Region Liqasını yaratdıq. Heç kimin xətrinə dəymək istəmirəm, Region Liqasının bəzi oyunlarında tamaşaçı sayı Premyer Liqa klublarının matçlarındakı fanatların sayından çoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43