23 Dekabr 2024
Kateqoriyasız

AFFA “Qarabağ”a görə hərəkətə keçdi

AFFA “Qarabağ”ın Konfrans Liqasında “Marsel”ə qarşı keçirəcəyi səfər oyununda ola biləcək təxribatın qarşısının alınması üçün UEFA-ya müraciət edəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında deyib:

“Bəli, bununla bağlı Fransadan olan həmkarıma məktub göndərmişəm, gələn həftə onunla görüşəcəyik. O, həm də, UEFA-da mənim müavinimdir. Əvvəlki təcrübə göstərir ki, bizə qarşı təxribat tətbiq etsinlər. Fransadakı oyunda təhlükəsizlik meneceri olacaq. Eyni zamanda, Fransadakı səfirimizə də bu haqda məlumat vermişik. Futbolda təxribatlar olmamalıdır. Biz heç vaxt heç kimə təxribat etməmişik. Qarşı tərəf də belə olmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43