“Keşlə”nin “Şamaxı”ya çevrilməsi prosesi sürətlənib. Klub mart ayından etibarən yeni adla oynayacaq.
Bu barədə jurnalistlərə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib:
“Keşlə” yeni adla martdan oyunlarını təşkil edəcək. Bununla bağlı AFFA və PFL-ə sənədlər göndərilib. Öz tərəfimizdən bu yeniliyi təsdiqləmişik. İndi UEFA-dan cavab gözləyirik. Əsas məqsədimiz odu ki, “İnter” və “Keşlə”nin özünəməxsus tarixi itməsin”.
Daha əvvəl “Keşlə”nin növbəti mövsümdən “Şamaxı” adlanacağı bildirilirdi.