“Dinamo” ilə müqavilə imzaladığım üçün çox məmnunam. Xorvatiyada daim çempion olan və xüsusilə son bir neçə ildə yüksək səviyyədə çıxış edən komanda avrokuboklarda da müntəzəm iştirak edir. Son bir neçə ildə ciddi uğurlar qazanan “Dinamo”ya böyük hörmətlə yanaşırlar. Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur”.
İdmanxeber.az-ın məlumatına görə, bunu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçən Mahir Emreli deyib.
O, bu keçid haqda danışarkən daha sonra sözlərinə belə davam edib:
“Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və “Dinamo”nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram.
“Dinamo” Zaqreb və Xorvatiyanın rəmzidir. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm”.
Mahir “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.