Fevralın 9-da Azərbaycan Boks Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək tədbirdə federasiyanın yeni prezidenti müəyyənləşəcək.
Tədbir saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının prezidenti Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdur.