“Neftçi”nin sabiq futbolçusu Mamadu Kane yeni klubu “Olimpiakos”da debüt edib.
İdmanxeber.az-ın məlumatına görə, qvineyalı yarımmüdafiəçi Yunanıstan kubokunda 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Panetolikos”la oyunda meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
“Olimpiakos” əlavə vaxtda vurduğu iki qolla növbəti mərhələyə yüksəlib.