“Xəzər Lənkəran” klubu bütün borclarını bağlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Report”a açıqlamasında “Xan Lənkəran”ın Mətbuat katibi Famil Məmmədov məlumat verib.
Klub rəsmisi “Xəzər Lənkaran”ın bütün borcları bağlandığı üçün ehtiyac olacağı təqdirdə, “Xan Lənkəran”ın bu adla çıxış edə biləcəyini söyləyib. “Xəzər Lənkəran” klubunun rəhbərliyi ilə görüşümüzdə də bildirilib ki, bu adla mübarizə apara bilərik. Mətbuatda bəzi məlumatlar yayılırdı ki, borclara görə adı dəyişə bilmərik. Amma artıq borcların hamısı bağlanıb”.
Lakin F.Məmmədov borcların “Xan Lənkəran”, yoxsa “Xəzər Lənkəran” tərəfindən bağlanıldığını açıqlamayıb: “Bizə sadəcə, deyilib ki, “Xəzər Lənkəran”ın borcları bağlanılıb”.