Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, bu mərhələnin ən çox maraqla gözlənilən oyunlarından olan PSJ – “Real” qarşılaşmasında parislilər son dəqiqədə vurduğu qolla qələbə qazanan tərəf olub.
Günün digər qarşılaşması Portuqaliyada keçirilib. Burada “Sportinq” İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edib. Görüş qonaqların böyühesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
15 fevral
00.00. (Bakı vaxtı ilə). PSJ (Fransa) – “Real” (İspaniya) – 1:0
Qol: Mbappe, 90+4
Reallaşdırılmayan penalti: Messi, 62 (PSJ) – qapıçı zərbəni dəf edib.
Baş hakim: Daniele Orsato (İtaliya)
00:00. “Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) – 0:5
Qollar: Mahrez, 7, Bernardo Silva, 17, 44, Foden, 32, Sterlinq, 58
Baş hakim: Srcan Yovanoviç
16 fevral
00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)
00:00. “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)
22 fevral
00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
00:00. “Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)
23 fevral
00:00. “Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)
00:00. “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)