“Mahir hazırda yaxşı formadadır. Məşqlərdə iştirak edir, öz mövqeyindəki oyunçularla rəqabət aparır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniya “Sevilya”sı ilə ilk oyundan öncə jurnalistlərə açıqlamasında deyib.
O, ispanlarla oyun haqda danışarkən daha sonra sözlərinə bela davam edib:
“Start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik. Daha çox Bruno Petkoviçin ilk “11-lik”də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik”.
Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək