Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli “Lephoceen” nəşrinə açıqlamasında Konfrans Liqasının 1/16 finalının “Qarabağ”la cavab matçında Ağdam klubunun göstərdiyi feyr-pley nümunəsini xatırladıb.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis qeyd edib:
“Qarabağ” bizə azadlıq dərsi keçdi. Onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər. “Qarabağ” bunu bizdən əvvəl də edirdi. Bizim isə yeni formalaşan heyətimiz var. Buna görə bəzi çətinliklərimiz ola bilər”.