AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Belə qərar verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci Divizionun 16-cı turunda “Neftçi-2″nin heyətində “Qaradağ Lökbatan”la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir. O, bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb. Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, matç “Qaradağ Lökbatan”ın qələbəsi ilə yekunlaşıb – 2:0.