Azərbaycan Premyer Liqasında XVIII turu çərçivəsində bu gün “Neftçi” “Səbail”i qonaq edəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu matça hər iki komanda cidi itki ilə çıxacaq.
“Neftçi”nin vingeri Yusuf Laval cəzalıdır. “Sabah”la matçda (1:0) sarı vərəqə alan futbolçu limiti doldurub. Bundan başqa, qapıçı Aqil Məmmədov da zədəli olduğundan bu görüşdə iştirak etməyəcək.
“Səbail”in əsas heyət üzvü Camal Araqo “Neftçi”yə qarşı oynaya bilməyəcək. O, cəza səbəbindən bu oyunu buraxacaq.