Millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, I Liqa təmsilçisi Mustafa Erlə razılıq əldə edib. Anlaşmanın yaxın zamanda açıqlanacağı gözlənilir.
42 yaşlı mütəxəssis bu postda dünən istefaya göndərilən Tamer Tunanı əvəz edəcək.
Qeyd edək ki, Mustafa Er 2020-ci ilin sentyabrından 2021-ci ilin avqust ayınadək “Bursaspor”un baş məşqçisi olub.